Axar.az xəbər verir ki, bioloji təbabətdə müalicə üsulu xəstəliyin səbəbinin detoksikasiya proseslərinin stimulə edilməsi yolu ilə aradan qaldırılmasına, sağalmasına, orqanizmin bioloji sistemindəki pozulmaların aradan qaldırılmasına yönəldilib.
Sağalmanın təbii proseslərini stimulə etmək və pasiyentin müalicəsinə fərdi yanaşmaq – bu, bioloji təbabət üsullarının əsas fərqləndirici cəhətidir.
Hər bir insan yalnız özunəxas individual reaksion potensiala malikdir, və bioloji təbabətdə istifadə olunan preparatlar onun bərpasına yönəldilib. Yalnız bu amilləri nəzərə almaqla, aparılan müalicə hər zaman individual olmalıdır.
Təbiətdə iki eyni insan mövcud deyil, onlar yalnız bir-birlərinə bənzəyə bilər, lakin onların psixoemosional və sosial statusu, həyat şəraiti fərqli olduğu üçün onlarda orqanizmin reaksion potensialı müxtəlifdir. Məhz buna görə müalicə hər zaman individual olmaqla, bir standarta - sağlamlığın əldə ediməsi və bərpasına yönəldiləcək.
Bioloji təbabətin əsas məqsədi - orqanizmin özünütənzimləmə mexanizmlərinin optimal funksiyasını bərpa etməkdir. Orqanizmə ümumbioloji vəziyyətdən asılı olaraq, kompleks terapiyanın hər bir mərhələsində komponentlərinin tərkibinə görə bir-birindən fərqlənən spesifik kompleks biotənzimləyici preparatlar lazımdır.
Biotənzimleyici preparatlardan bir qismi orqanizmin drenaj və detoksikasion funksiyasını, digər preparatlar isə regenerativ, mübadilə, requlyator, psixoneyroimmunoendokrin, immun, konstitusional və s. sistemləri bərpa edir.
Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110
Telefon: (+994 12) 430-89-89, (+994 50) 430-89-89, (+994 55) 430-89-89, (+994 70) 430-89-89