Teleqraf.com Tükiyə mediasına istinadla xəbər verir ki, “tır-tır” traktoru görən gəlin heyrətini gizlədə bilməyib.
Toy hazırlıqlarına başlayan Kamal Çətinqaya gələcək həyat yoldaşı Nazilə Məhsimova üçün sürpriz hazırlamaq qərarına gəlir. Uşaqlıq illərindən çox sevdiyi və yaşadığı kənddə daimi istifadə etdiyi kiçik ölçülü traktoru gəlin maşınına çevirmək fikrinə düşür.
“Tır-tır” traktoru gəlin maşını kimi bəzəyən Kamal Çətinqaya ona Azərbaycan və Türkiyənin bayraqları da taxıb.
Gələcək həyat yoldaşının bu sürprizini təbəssümlə qarşılayan Nazilə onun xahişi ilə sürpriz “gəlin maşını”na minməyi qəbul edir.
Traktorla Kastamonu şəhər bələdiyyəsinin nikah salonuna gələn cütlük münasibətləri rəsmiləşdirdikdən sonra evlərinə qayıdıb.
Şəhərin mərkəzi küçələri ilə hərəkət edən “gəlin maşı”nı görənlər heyrətlərini gizlətməyiblər. Bəzi sakinlər isə cütlüyü alqışlayıb.