31 Avqust 2017 15:25
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal bazarda neft qiymətlərinin azalması riski daha yüksəkdir.

Bunu açıqlamasında "Saxo Bank"ın valyuta strategiyası üzrə mütəxəssisi Con Hardi (John Hardy) neft qiymətlərinin cari ilin sonu və 2018-ci il üçün proqnozları ilə bağlı sualı cavablandırarkən bildirib.

Analitikin fikrincə, iyul ayında neft hasilatı və qlobal neft ehtiyatları barədə müxtəlif xəbərlər açıqlanıb. Nəticədə WTI markalı neft 48,5 dollar/barel səviyyəsindəki qiymətini qoruyub saxlaya bilib. Avqust ayında alqı-satqı arasında diapazonun üst həddi, 50-günlük ortaçəkili aşağı həddi 48,5 dollar/barel səviyyəsinə qədər daralıb. Bununla yanaşı, risk premiyası azalma tendensiyası göstərib.

"Qiymətlərin artması bazarın 50 dollar/barel səviyyəsini keçməsi ehtimallarını artıracaq. Bu da, öz növbəsində, ABŞ istehsalçılarının hedc əməliyyatlarını artıra bilər. Qiymətlərin azalma riski isə 14 mart tarixindən sonra investisiya fondlarının qeydə alınan maksimal uzun mövqelərini kəskin azaltması nəticəsində 4-cü satış dalğasını yarada bilər", - deyə C.Hardi vurğulayıb.

Bank rəsmisi həmçinin bildirib ki, bazardakı mövsümi amillər də nəzərə alınmalıdır. Belə ki, sentyabrın ilk həftəsində, adətən, neftə olan tələbatın pik həddi yaşanır və daha sonra tələb getdikcə azalmağa başlayır. (Report)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər