8 Sentyabr 2017 09:53
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda televiziya kanallarında alkoqollu içkilərin reklam saatlarına ciddi nəzarət olunur. Axşam saat 11-ə qədər birmənalı şəkildə heç bir televiziya kanalı alkoqollu içkilərin reklamını verə bilməz.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Trend-ə bildirib ki, bu sahədə hər hansı problem yoxdur.

Televiziyalarda reklamın müddəti məsələsinə gəlincə N.Məhərrəmli bildirib ki, bu sahədə əvvəlki dövrlərlə müqayisədə xeyli irəliləyiş var: "Əvvəllər bu problem daha çox idi, biz uzun müddət mübarizə apararaq problemi aradan qaldırmışıq. Bəzən bir saatda 20-25 dəqiqə reklam olurdu. İndi bu interval 12-15 dəqiqədir. Ancaq bu sahədə televiziya kanalları qanunu müəyyən qədər pozurlar və biz onlarla iş aparırıq".

MTRŞ sədri bildirib ki, televiziya kanallarında başqa sahələrdə ciddi qanun pozuntuları yoxdur: "Sadəcə verilişlərin keyfiyyəti çox aşağıdır. Amma qanunda ona görə televiziyalara cəza nəzərdə tutulmur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər