14 Sentyabr 2017 16:44
1 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakəndə atalığı tərəfindən zorlanan və nəticədə hamilə qalan 12 yaşlı qızın abort olunub-olunmaması barədə qərar prokurorluğa təqdim edilib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, bu gün ikinci dəfə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda təşkil olunan konsiliumda 12 yaşlı qızın abort edilməsi zamanı bir sıra təhlükələrin olacağı barədə fikirlər səsləndirilib.

Həkimlərin bəzisi bildirib ki, uşağı qeysəriyyə əməliyyatı ilə götürmək lazımdır. Amma bu zaman da azyaşlının ürəyi narkoza dözməyə bilər. Digər bir fikir də hazırda böyrəklərində problem yarandığı üçün kəskin ağrıları yaşayan 12 yaşlı qızın böyrəklərinin sıradan çıxması baş verə bilər.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən açıqlamaya görə, azyaşlı ilə bağlı konsiliumun qərarı prokurorluğa təqdim edilib.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib ki, uşağın sağlamlıq vəziyyəti ilə bağlı müayinə aparıblar:

“Bizim rəyimiz odur ki, 12 yaşlı uşağın ümümi vəziyyəti qənaətbəxşdir. Rəyimizi konsiliumda bildirmişik”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirb ki, 12 yaşlı qızla bağlı konsiliumun nəticəsi artıq məlumdur.

Onun sözlərinə görə, 12 yaşlı qızın hamiləliyi elə bir dövrdədir ki, onu yarıda dayandırmaq mümkün deyil:

“Hamiləliyin sona çatdırılması zəruridir. Azyaşlı həkim nəzarəti altında hamiləliyi axıra kimi davam etdirəcək. Hazırda əməliyyat 12 yaşlı qızın da, doğulacaq uşağın da həyatı üçün risklidir”.

Aynur Veysəlova qeyd edib ki, doğuş zamanı uşağı qeysəriyyə əməliyyatı ilə götürüləcək:

“Hazırda azyaşlı qız və onun bətnindəki körpə müalicə olunur. Onlara psixoloji yardım da göstərirlər. Azyaşlının öz uşağını saxlaması üçün qərar vermək hüququ yoxdur. Onun valideyninin fikri əsas götürüləcək. Məsələyə İcra Hakimiyyətinin müvafiq komissiyasında baxılacaq. Körpəni istəməsələr, uşaq Körpələr evinə veriləcək”.


Müəllif: İlhamə

Oxşar xəbərlər