26 Sentyabr 2017 10:44
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda minalar və partlamamış hərbi sursatlarla bağlı iki istiqamətdə problemlər mövcuddur. Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və işğaldan azad edilmiş ərazilərdə mina partlamamış hərbi sursat problemləri kemiş sovet ordusu Azərbaycanı tərk edərkən özündən sonra qoyduğu həri bazalar və hərbi poliqonlardır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın baş nazirinin müavini Abid Şərifov “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” mövzüsunda keçirilən tədbir zamanı deyib.

A.Şərifov bildirib ki, 1991-ci ildə baş vermiş yanğınlar və partlayışlar nəticəsində həmin ərazilərdə ətrafa səpələnən hərbi sursatların təmizləmə əməliyyatına başlananadək bir çox insidentlər baş verib, 532 nəfər həlak olub, 2401 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb: “Problemlərin aradan qaldırıması üçün peşəkar səviyyədə bu işlə məşğul olacaq qurum yaradıldı. Bu günə kimi 45 min kvadratmetr ərazi minalardan təmizlənib. Eyni zamanda, 100 minlərlə mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Saloğlu layihəsi çərçivəsində 640 mindən çox 240 müxtəlif növlü sursat zərərsizləşdirilib. Bu layihənin maliyyə tutumu 3,5 milyon avro olub”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər