28 Sentyabr 2017 12:54
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdakı 66 saylı "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədova tutduğu vəzifədən azad olunub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, M. Məmmədova işdən öz ərizə əsasında çıxarılıb. Nazirlik ərizəyə baxaraq onun işdən çıxarılması barədə əmr imzalayıb.

Qeyd edək ki, M. Məmmədova keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısıdır.

Təhsil Nazirliyi bir neçə gün əvvəl liseydə araşdırma aparıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər