Əmlak Məsələləri Dövlət Komitəsi açıq hərrac keçirib.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, hərracda 21 dövlət əmlakı özəlləşdirilib.
Onlardan 1-i səhmdar cəmiyyəti, 5-i kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si nəqliyyat vasitəsi, 1- i isə özəlləşdirilən obyektin altında yerləşən torpaq sahəsidir.
Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyəti, 11 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi, 1 özəlləşdirilən obyektin altında yerləşən torpaq sahəsi özəlləşdirilib.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 14 noyabr tarixində keçiriləcəkdir.