31 İyul 2014 11:05
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin texniki reabilitasiya vasitələrinin təmiri üçün ayrı-ayrı bölgələrdə xüsusi emalatxanalar yaradacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, emalatxanaların Naxçıvan, Gəncə şəhərlərində, Şəki və Masallı rayonlarında inşası nəzərdə tutulur. Bununla əlaqədar ƏƏSMN tərəfindən müvafiq layihə sənədləri hazırlanıb.

Əlilliyi olan şəxslərin əlil arabalarının, eşitmə aparatlarının, xüsusi çarpayılarının reabilitasiya avadanlıqlarının müəyyən müddət istifadədən sonra, yaxud bu və ya digər halda təmirinə ehtiyac yarandığı zaman həmin avadanlıqların qeyd olunan müəssisələrdə dövlət hesabına təmiri təmin ediləcək.

Belə emalatxanaların gələcəkdə ölkənin digər bölgələrində də yaradılması nəzərdə tutulur.

Naibə


Müəllif:

Oxşar xəbərlər