22 Noyabr 2017 17:10
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyənin inkişafı üçün xüsusi dövlət proqramının hazırlanmasına ehtiyac var. Azərbaycan səhiyyə işçilərinin və maliyyəçilərin birgə əməyi nəticəsində səhiyyə sahəsindəki problemləri həll etmək olar.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Rəşad Mahmudov Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, perspektivdən danışmaq üçün keçmişlə bağlı dəyərləndirməni düzgün aparmaq vacibdir:
“2000-ci ildən əvvəl xroniki böyrək xəstəliyindən əziyyət çəkənlər bölgələrdən Bakıya gərlirdisə, xəstəxanalarda çarpayılar azlıq edirdisə, bu gün bu problemlər demək olar ki, həll edilib. Şəxsən öz təcrübəmdən deyə bilərəm ki, son illər ərzində 500-dən çox ürək xəstəsi ölkəmizdə əməliyyat edilib”.

Millət vəkili bildirib ki, uğurlarla yanaşı həll edilməmiş problemlər də var: "Səhiyyədə düzgün maliyyə siyasətinin qurulması, tədbirlərin effektiv təmin edilməsinə ehtiyac var. Səhiyyə sistemində maliyyə siyasətinin düzgün qurulması üçün bir çox dövlət qurumlarının birgə işləməsi mütləqdir. Səhiyyə və təhsil ölkəmizdə ən ümdə məsələlərdəndir. Bu sahələrdə10 illiklər üçün konsepsiayalar hazırlanmalıdır".


Müəllif: Cavad

Oxşar xəbərlər