24 Noyabr 2017 11:38
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

APA-nın məlumatına görə, yeni qanun layihəsində maddələrin sayı artıb. 5 fəsil, 16 maddədən ibarət olan yeni qanun layihəsində Silahlı Qüvvələrin yeni formada təsnifatı verilir, əsas vəzifələri sadalanır.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Zahid Oruc APA-ya bildirib ki, yeni qanun layihəsi Azərbaycanda Silahlı Qüvvələrin reyestrini müəyyənləşdirir: “Qanun layihəsində göstərilir ki, ölkədə hansı növ silahlı qüvvə birləşməsi formalaşdırıla bilər”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” mövcud qanun 1991-ci ildə qəbul olunub və 10 maddədən ibarətdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər