“Qarabağ”ın kapitanı, Azərbaycanın U-20 və U-21 milli komandasının baş məşqçisi Rəşad Sadıqov İtaliyanın “Roma” klubundan sonra İngiltərənin “Mançester Siti” komandasının düşərgəsinə yollanıb.
Teleqraf.com xəbər verir ki, o, Mançesterdə 2 günlük səfərdə olub. Sadıqov bu müddət ərzində komandanın strukturu ilə tanış olmaqla yanaşı, komandanın “Tottenhem”ə qarşı keçirdiyi Premyer Liqa matçını və məşqini canlı izləyib.
Qeyd edək ki, məşqi izləyənlər arasında Dortmund “Borussiya”sının keçmiş baş məşqçisi Tomas Tuxel və Braziliya milli komandasının qapıçılar üzrə baş məşqçisi Taffarel də olub.