28 Dekabr 2017 13:00
3 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə “qanuni oğru” kimi tanınan və ötən il İstanbulda qətlə yetirilən Rövşən Lənkəranski Azərbaycan-Ermənistan müharibəsində döyüşən əsgərlərə 187 min dollarlıq yardım edib.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov özünün Feysbuk səhifəsində yayıb.

Abdinov qeyd edib ki, Lənkəranski ilə bağlı bu faktı rusiyalı müstəntiq O.S.Gerasimov 19 avqust 2016-cı il tarixli açıqlamasında bəyan edib.

Bundan başqa, Rusiya Federal Təhlükəsizlik Xidmətinin korrupsiya və cinayətkarlıqla mübarizə idarəsinin polkovniki Y.Y.İvanovun dediyinə görə, Rövşən Lənkəranski Azərbaycanın uşaq bağçaları üçün 150 min manat, müharibə veteranları, kimsəsizlər və qocalar evinə, özəl məktəblərdə təhsili yarımçıq qalmış tələbələr üçün isə 76 min vəsait göndərib.


Müəllif: Cavad