29 Dekabr 2017 16:57
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və bir qrup diaspor nümayəndəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, dövlət komitəsinin kollektivi və diaspor nümayəndələri ümummilli liderin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub.

Ziyarətdən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, 1991-ci ilin dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədr Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi haqqında qərar qəbul edib. Həmin ildən etibarən 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunur.


Müəllif: Sәxavәt

Oxşar xəbərlər