1 Yanvar 2018 20:20
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci il ərzində nikaha daxil olmaq istəyən cütlüklərin tibbi müayinəsi zamanı 130 minə yaxın insanın qan nümunəsi müayinədən keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin 2017-ci il yekun iclasında məlumat verilib.

Cütlüklərdən 3611 nəfərdə talassemiya daşıyıcılığı, 103 nəfərdə İİV infeksiyası, 422 nəfərdə isə sifilis aşkarlanıb: "Müayinə olunanlar arasında hər ikisi talassemiyalı 38 cütlük müəyyən edilib. Onlardan hamilə qalan 24 qadından götürülən döl materialının müayinəsi nəticəsində 4 sağlam, 14 daşıyıcı, 6 xəstə döl aşkarlanıb. Hazırda qeydiyyatda olan 1583 hemofiliyalı xəstəyə Dövlət Proqramı çərçivəsində göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, faktor preparatları ilə davamlı təminat nəticəsində onların həyat keyfiyyəti yaxşılaşıb və bu xəstəlikdən ölüm halları azalıb".

İclasda qeyd edilib ki, son illər strateji əhəmiyyətli məsələ kimi, qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir: "Əhalinin donorluğa cəlb edilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır. Əgər 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdisə, 2017-ci ildə bu rəqəm 37 tondan artıqdır".

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçirlər.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər