Xammal və Əmtəə Birjası Əmanətlərin Sığortalanması Fondunun sifarişinə əsasən ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.
Fonddan Teleqraf.com-a verilən məlumata görə, açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan BankStandard QSC-nin balansında olan 1 (bir) ədəd “Mercedes-815” yük avtomobili, 1 ədəd “Fiat Doblo Cargo”, 3 ədəd “Mitsubishi Lancer”, 4 ədəd “Hyundai Accent” minik avtomobilləri və 1 ədəd embosser “Matica Z9” satılıb.
Həmçinin ləgv prosesində olan Atrabank ASC-nin balansında olan 1 ədəd “Mitsubishi Pajero”, 1 ədəd “Ford Focus” minik avtomobilləri, 1ədəd HCM (bank avadanlığı) və 1ədəd embosser “Matica Z3” satılıb.