22 Yanvar 2018 17:51
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlahiddə Çevik Polis Alayında 2017-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

DİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri Ramil Usubovtədbirin gündəliyini elan edib.

Gündəlik və reqlament təsdiq edildikdən sonra Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Alay komandiri qeyd edib ki, ölkənin müxtəlif yerlərində keçirilmiş 40 kütləvi, o cümlədən respublika və beynəlxalq əhəmiyyətli tədbirə cəlb olunan şəxsi heyət üzərinə düşən vəzifələrinin öhdəsindən layiqinsə gəlib. Patrul bölüklərinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, cinayətlərin və digər hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə zəruri tədbirlər görülüb. Nəticədə post və marşrutlarda 30.667 şəxs, o cümlədən müxtəlif cinayətlər törətmiş 821, inzibati xətalara yol vermiş 29.846 nəfər saxlanılaraq barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Hüquqazidd əməllərə görə saxlanılanlardan 300-ü xuliqanlıq, 257-si oğurluq, 21-i soyğunçuluq, 49-u dələduzluq, 90-ı narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan, 80-i axtarılan, 24-ü isə digər cinayətlər törədən şəxslər olub.

Bununla bərabər, xırda xuliqanlığa görə 1166, avaralıq və dilənçiliyə görə 2899, məişət səs-küyünə yol verən 1.586 nəfər müəyyən edilərək aidiyyəti polis orqanlarına təhvil verilib. Əvvəlki dövrə nisbətdə aşkarlanan sinayətlərin və inzibati xətaların sayı 7,7 faiz çox olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər