31 Yanvar 2018 13:40
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin konseptual çıxışı, həm giriş, həm də yekun nitqi, energetika sektoru ilə bağlı səsləndirdiyi fikirlər bizim üçün tapşırıq və tövsiyə əhəmiyyətlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, bu çıxışdan irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi vacib xarakter daşıyır: “Enerji təhlükəsizliyinin tam təmin edilməsi, elektrik enerjisi ilə bağlı heç bir problem olmaması prinsipinin qorunub saxlanılması ilə yanaşı, ehtiyat generasiya güclərinin yaradılması və ixrac potensialının artırılması istiqamətində görülən müvafiq tədbirlər davam etdirilir”.

Yəhya Babanlı bildirib ki, bu il “Şimal-2” elektrik stansiyasının açılışı nəzərdə tutulur: “Bu, paytaxt və ümumilikdə, Abşeron yarımadası üçün mühüm əhəmiyyətli bir layihədir. Çünki inzibati baxımdan strateji mahiyyət kəsb edən paytaxt Bakıda bu həcmdə gücün yaradılması zəruridir. Stansiyanın generasiya gücü 400 meqavatdır. Bu, bizə yeni imkanlar verəcək, ən əsası, ixrac potensialımızı artıracaq”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər