5 Fevral 2018 22:28
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hədəf Liseyi 2018-2019-cu tədris ilində fəaliyyətinə başladığını və müvafiq tədris ili üçün şagird qəbulu elan edir.

Hədəf Liseyi “Hədəf Kursları” MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır. Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. Şagirdlər üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması ilə birlikdə, lisey təhsil proqramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq STEM konseptini əsas götürür.

Hədəf Liseyi ölkəmizin STEM+A əsaslı təhsil verən ilk özəl liseyidir. STEM Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (Science, Technology, Engineering, Math, Art) sözlərinin baş hərflərindən yaranan qısaltmadır və bu fənləri inteqrasiya edərək tədris etməyi hədəfləyən disiplinlərarası və tətbiqi yanaşmanı əsas götürən təhsil fəlsəfəsinin adıdır. UNESCO-nun müvafiq hesabatında mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki olduğu bildirilir və hazırda dünya miqyasında ixtisaslı mühəndis kadrların çatışmadığı və bu halın yaxın gələcəkdə də davam edəcəyi qeyd olunur. Qabaqcıl ölkələrdə akademik və rəsmi qurumlar STEM əsaslı təhsilin geniş yayılmasını milli stratejik hədəf kimi görür və STEM əsaslı təhsil müəssisələrinin sayı sürətlə artır.

Lisey Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən etibarən Bakı və Sumqayıt şəhərlərinin 38 məktəbində tətbiq edilən Sağlam Təhsil-Sağlam Millət layihəsinə qoşulacaq.

Sağlam Təhsil-Sağlam Millət layihəsinin özünə məxsus sinif quruluşu və inteqrativ dərs metodikası ilə şagirdlərin fiziki, psixoloji sağlamlığı qorunur, onların sosiallaşması və dərsləri dərk etmə bacarıqları artırılır.

Hədəf Liseyinin qurucu direktoru tanınmış pedaqoq, f.ü.f.d., dosent Şəmil Sadiqdir.

Qeyd: Qəbul imtahanları və qeydiyyat tarixi, eləcə də sizi maraqlandıran bütün digər suallara cavabları liseyin səhifəsinə (http://hedefliseyi.edu.az) daxil olmaqla və ya aşağıdakı telefon nömrələrinə (Tel: +994502722018, 994702722018) zəng etməklə əldə edə bilərsiniz


Müəllif: Teleqraf.com