7 Fevral 2018 00:57
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonu ərazisində gizli şəkildə psixatrop maddələrin satıldığı aptekin müdiri saxlanılıb.

Teleqraf.com xəbər verir ki, əməliyyat Bakı şəhər sakininin faktla bağlı Bakı Şəhər Prokurorluğu və Səhiyyə Nazirliyinə müraciəti əsasında aparılıb.

Paytaxt sakini müraciətində bildirib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11 ünvanında yerləşən "Çinar farm" adı altında fəaliyyət göstərən aptekdə güclü təsirə malik psixatrop maddələr satılır.

Səhiyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı sözügedən ünvandakı "Çinar farm" aptekinin sahibi Qasımov Natiq İdris oğlu güclü təsirə malik psixatrop maddələrin satışında şübhəli bilinərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsənin 308.2 və 240.3.2 ci maddələri üzrə cinayət işi başlanılıb.

Bir müddət əvvəl həmin aptekdə güclü təsir edən maddələrin satılmasına dair KİV-də məlumat yayılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər