15 Fevral 2018 15:09
2 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:22

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib.

Leyla Seyidbəyova APA-ya bildirib ki, o, işdən öz ərizəsi ilə çıxıb.

Qeyd edək ki, xəstəxanaya baş həkim təyinatı ötən ilin sentyabrında aparılıb. Quba Rayon Mərkəzi Xəstəxanasının kiçmiş baş həkimi İsmayıl Mirzəliyev bu vəzifəyə təyin edilib.

***

Leyla Seyidbəyova Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən öz ərizəsi əsasında azad edilib.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlama verib.

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyevanın imzaladığı əmrə əsasən, Leyla Seyidbəyova 7 saylı doğum evinin baş həkimi təyin edilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər