15 Mart 2018 18:44
2 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toyuq yumurtasında olan B12 vitamini orqanizmimizdə olan zərərli maddələri bədəndən xaric edir.

Teleqraf.com xəbər verir ki, bunu Respublikanın baş terapevti Yaqub Qurbanov açıqlamasında deyib.

O bildirib ki, insan gündə 1-2 yumurta yeyə bilər .

“İntizamlı qidalanma insan sağlamlığının birinci amilidir. Yumurta yemək lazımdır və xeyirlidir. Ona görə də insanlara gün ərzində bir neçə yumurta yeməsi məsləhət görülür”.

Vitaminlərlə zəngin olan yumurta insanda enerji yaratmaqla yanaşı, görmə qabiliyyətini gücləndirir, bədənin inkişafında mühüm rol oynayır.

Toyuq yumurtasında olan B12 vitamini orqanizmimizdə olan zərərli maddələri bədəndən xaric edir.

Tədqiqatlar göstərir ki, xüsusilə də qadınlar həftə ərəzində ən azı 6-10 ədəd yumurta qəbul etməlidilər. Çünki yumurtanın sarısının tərkibində olan maddə xərçəng xəstəliyinə gətirib çıxaran amilləri 24% azaldır. Onun tərkibindəki E vitamini xərçəng xəstəliyi ilə mübarizəyə kömək edir.

Elmi araşdırmalara görə, yumurtadan imtina edən insanlarla müqayisədə həftədə ən azı 6 yumurta yeyən qadınların xərçəngə yoluxma riski 40 % azdır. Yumurta sarısında olan Xolin maddəsi xüsusilə də süd vəzi xərçənginə xeyirlidir.

Yumurta sarısının tərkibində olan "Lesitin" maddəsi xüsusuilə qaraciyər və öd yollarının funksiyasını yaxşılaşdırır.

Yumurta insan orqanizmi üçün olduqca faydalıdır. Çünki tərkibində 90% kalsium, 10% dəmir var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər