Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlanma hadisəsi barədə yayılan məlumat yanlışdır.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
İdarənin məlumatında qeyd edilib ki, 263 nömrəli tam orta məktəb direktoru Nurqələm Bayramovanın bildirdiyinə görə, yayılan məlumat tamamilə yanlışdır: “Uşağını məktəbə gətirən və ya məktəbdən uşaq götürən valideynlər bu yanlış məlumatı eşidib maraqlanıblar. Məktəb rəhbərliyi də onlara məlumatın doğru olmadığını bildirib”.
Qeyd edək ki, Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi barədə məlumat yayılıb. Bunu uşaqları həmin məktəbdə oxuyan valideynlər deyiblər. Onların bildirdiyinə görə, 1-ci sinifdə oxuyan oğlan uşağı məktəbin tualetində 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb. Valideynlər məktəbin qarşısında aksiya keçiriblər.