13 Avqust 2014 12:23
1 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adı Məryam Mirzahani olan əslən azərbaycanlı, İranın riyaziyyat üzrə professoru, Filds medalı qazanan ilk qadındır.

Bu mükafat onu təsis edən Kanada riyaziyyatçısı Con Çarlz Fildsin şərəfinə adlandırılıb. Filds medalı riyaziyyat sahəsində ən yüksək mükafatlardan biri hesab olunur və bu mükafata riyaziyyatçıların Nobel mükafatı deyilir. Qeyd edək ki, Nobel mükafatı riyaziyyatçılara verilmir.

Britaniya mətbuatının verdiyi məlumata əsasən o, Stenford universitetində müəllimə kimi işləyir. Harvard universitetini mükafat və medalla bitirib. Filds mükafatının qalibləri Seulda keçirilən riyaziyyatçıların Beynəlxalq konqresində elan edilib. İlkin məlumatlara görə, Məryam Mirzahani 1977-ci ildə Tehran şəhərində anadan olub. O, 2004-cü ildə Harvard Universitetində doktorluq dərəcəsini müdafiə edib.

Gənc alim həndəsənin qeyri-adi formaları üzrə mütəxəssisdir və əyri fiqurların həcminin xüsusi üsulla ölçülməsinin müəllifidir.


Filds mükafatı hər dörd ildən bir təqdim olunur.

Publika.az


Müəllif: