21 İyun 2018 21:46
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaq xəstə olanda, bütün dünya öz rəng çalarlarını itirir, qəlbdə isə qorxu hissi yuva salır. Vaxtında uzadılan yardım əli bütün qara buludları qovur və ümid işığı verir. Bu işıq ən doğma insanın həyatı uğrunda mübarizə aparmağa, sınmamağa imkan verir!

Cabir Əbdüləzimovun cəmi 9 yaşı var. Təəssüflər olsun ki, bu balamızla tanış olmağın səbəbi çox kədərlidir.

Cabirdə onkoloji xərçəng xəstəliyi, sol böyrəküstü vəzidə 70x33x47 mm ölçüdə daxilində kalsifikasiyalı olan heterogen strukturlu törəmə (Neyroblastoma) müəyyən edilib. Körpə günbəgün ağrılardan əriyir...

Gəlin BİRLİKDƏ Cabir balamıza və onun ailəsinə kömək edək! BİRLİKDƏ biz bacararıq! BİRLİKDƏ biz Cabirin yeni həyatı üçün lazımi qədər pul yığa bilərik! Dostlar, kömək edin, balacanın ağrı və bəlasından yan keçməyin! Axı əgər hər birimiz heç olmasa 1 manat köçürsək, biz BİRLİKDƏ lazımi məbləği toplaya bilərik!

Dostlar, biz bilirik ki, hər biriniz kömək etmək arzusundasınız, amma bəzilərində maddi imkan yoxdur, amma inanın yardım sadəcə maddi olmur! Siz Cabir balamıza, məlumatları öz səhifənizdə tez-tez bölüşməklə, yaratdığımız qrupa dostlarınızı dəvət etməklə də yardım edə bilərsiniz! Ancaq belə, biz daha çox xeyirxah insanları məlumatlandırıb Cabir balamıza kömək edə bilərik!

Allah bütün uşaqları qorusun!

Cabirə kömək etmənin ən qısa yolu:

MilliÖn

Bank Respublika

Hesab nömrəsi: AZN-ilə 380194400963567601;
USD ilə 381184000963567602
Avro ilə 381197800963567603

Şəxsiyyət vəsiqəsi: 09742567

Valideyinlərilə əlaqə; +994775146662
+994552257170

Paylaşaq və dəstək olaq...

Təcili əməliyyat.....

Öncədən təşəkkürlər!!!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər