28 Aprel 2014 10:07
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 aprel tarixlərində "ABŞ-Azərbaycan Konvensiyası: Gələcəyə baxış" mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Vaşinqtona səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Azərbaycandakı dini konfessiya rəhbərlərinin - pravoslav icmanın rəhbəri Arxiyepiskop Aleksandr İşein, dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və katolik icmanın ordinatoru Vladimir Feketenin daxil olduğu nümayəndə heyəti tədbirin "Dialoqun möhkəmləndirilməsi - tolerantlığın təşviq olunması" mövzusunda IV sessiyasında iştirak edəcək.

Sessiyanın panel iclasında QMİ sədri A. Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə edəcək.


Müəllif: