Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 22 iyul- Milli Mətbuat Günü ilə əlaqədar "Sağlam baxış, sağlam cəmiyyət" adı altında açıq qapı günü keçirir.
Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, iyulun 20-də keçiriləcək açıq qapı günü çərçivəsində media nümayəndələri üçün aksiya təşkil olunacaq.
Aksiya zamanı media nümayəndələri saat 10.00-dan 15.00-dək göz müayinəsindən keçə biləcəklər.