“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi gəmilərin heyətləri arasında voleybol yarışı keçirilib.
Teleqraf.com xəbər verir ki, ilk görüşdə İran komandası ilə qarşılaşan Azərbaycan hərbi dənizçiləri qalib gəlib. Qazaxıstan və Rusiya komandalarının oyunu da Qazaxıstan dənizçilərinin qələbəsi ilə başa çatıb.
Final oyunlarında isə İran komandası Rusiya dənizçilərinə, Azərbaycan hərbçiləri isə Qazaxıstan komandasına qalib gəlib.
Dostluq turnirinin yekununa görə, Azərbaycan birinci, Qazaxıstan ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.