16 Avqust 2018 07:02
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspertlər cari ilin sentyabrında təqdimatı planlaşdırılan 3 yeni “iPhone” modelinin qiymətini proqnozlaşdırıblar. Məlumat “Trend Force” analitik şirkətinin saytında dərc edilib.

Teleqraf.com “İKTnyus”a istinadən xəbər verir ki, ilkin hesablamalara görə, yeni “iPhone X” smartfonu əvvəlkindən ucuz olacaq: yeni aparatın qiyməti 899-949 dollar təşkil edəcək. Ən bahalı model analitiklər tərəfindən 999 dollar məbləğində qiymətləndirilən “iPhone X Plus” olacaq.

Həmçinin analitiklər hesab edirlər ki, “Apple” maye kristal ekrana malik modelin ucuz versiyasını (749 dollaradək) təqdim edəcək.

Xatırladaq ki, bu yaxınlarda ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi “Apple” şirkətinin “iPhone” smartfonunun köməyi ilə kimliyin eyniləşdirilməsi texnologiyasına ərizəsini qeydə alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər