24 Avqust 2018 21:00
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, namizədlər boş qalan üç mindən çox vakant yerə avqustun 25-26-da seçim edə biləcəklər.

Əlavə yerləşdirmədə keçid balı toplayaraq işə qəbul oluna bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan, vakant yer tutub müsahibəyə gəlməyən namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.

Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Vakansiya seçimi avqustun 26-sı saat 23:59-dək davam edəcək.

Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə avqustun 30-31-də müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər