20 Sentyabr 2018 14:33
2 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum reper Anar Nağılbazın anası Şərqiyə Cəbiyeva və atası Rizvan Cəbiyev “Bizimləsən” verilişində qonaq olublar.

Teleqraf.com-un məlumatına görə, veriliş zamanı A.Nağılbazın övladları nənə və babasına sürpriz ediblər. Onlar qəflətən studiyaya daxil olublar.

Mərhumun atası R.Cəbiyev bu zaman düşüncələrini bu cür dilə gətirib: “Kişi elədiyini deməz. Mən də elədiyimi demirəm. Canım da balalarıma qurbandı. Amma heç kəs məni şantaj etməklə, hədələməklə, başqa cür təzyiqlər etməklə öz istəklərinə nail ola bilməyəcək. Bu, mümkün deyil. Amma bu uşaqlar üçün canımı da verəcəm. Daim bunların qayğısına qalacam, Anarımın yadigarlarıdır. Heç kəs bundan istifadə etməsin”.

Qeyd edək ki, A.Nağılbaz avqustun 4-də dünyasını dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər