24 Sentyabr 2018 12:16
4 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qalmaqallı açıqlamaları və etdiyi açıq-saçıq fotosessiyaları ilə daim mətbuatda müzakirə olunan müğənni Afaq Aslan Teleqraf.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Niyə Afaq Aslan adı səslənəndə qalmaqal, söz-söhbət yada düşür?

- Bir çoxları qeyri-səmimi davranmağa öyrəşib. Müxtəlif cildə girirlər, özlərini başqa cür təqdim edirlər. Amma mən belə deyiləm. Hər zaman düzgün danışıram. Kimliyindən aşlı olmayaraq, hər kəsin sözünü üzünə deyirəm. Qırmızı adamam, kimdən xoşum gəlmirsə, onu həmin adama bildirirəm.
Sən olmayan yerlərdə belə adın qalmaqalda hallanır. Deyilənə görə, müğənni Damla ilə İradə Mehri arasında qalmaqal sənin tərəfindən şişirdilib...
Ətrafımda olan insanlar bilir ki, ad günü keçirməyi sevmirəm. Ad günümdən bir gün öncə İradə Mehri mənə zəng etdi və dedi ki, Afaq, belə bir hadisə olub, Damla icazəsiz mahnımı oxuyub. Bir sözlə, məndən kömək istədi. Söylədi ki, mətbuat katibim yoxdur, dəstəyinə ehtiyacım var. Mən də ona dedim ki, sabah ad günümdə jurnalistlərlə bir yerdə olacam, istəsən, gələrsən. Yıxılanı baltalamaq olmaz. Əgər bir insan çətinə düşübsə, ona kömək etmək lazımdır. Sabah İradə Mehri yox, digər müğənni də məndən nəsə kömək istəsə, yanında olacam. Bir adama köməklik etdim, bunu o qədər şişirtdilər ki... Dedilər ki, Afaq İradə Mehrini qızışdırdı. İlk öncə onu deyim ki, İradə Mehrinin 3 yaşı yoxdur ki, onu kimsə qızışdırsın. Öz fikri olan inşandı. Bunlar elə danışırlar ki, guya mın “vorzakon”am. Elə bil, şou-biznesdə vəziyyətə baxan mənəm. Bu cür söhbətlər mənə çatmır.
Yəqin özün də eşitmisən, deyirlər ki, Afaq Aslanın arxasında kimsə dayanıb və ona görə də “xod” gedir...
Özün bilirsən ki, mən ziyalı ailəsində dünyaya gəlmişəm. Elə insanam ki, Allahdan başqa heç kimdən qorxmuram. Mən hər zaman sözün düzünü deyirəm, bu o deməkdir ki, kiməsə güvənib belə danışıram?

- Belə bir söz var ki, yerindən duran və boşanan müğənni olur...

- Bu dəqiqə müğənnilərin əli yağa, bala batmayıb ki, hamı müğənni olur. Müğənnilik elə də asan sənəd deyil. Müğənniliyə pul qazanmaq üçün gəlməmişəm.

- Amma sən də boşanandan sonra müğənni oldun...

- Elə olub. Etiraf edirəm. Amma uşaqlıqdan musiqiyə həvəsim olub. Ağlıma da gəlməzdi ki, müğənni olaram. İlk dəfə ailə qurub boşanandan sonra mənə dedilər ki, yaxşı bədən quruluşun və fakturan var. Qəşəng də səsin var. Niyə müğənni olmursan? Mən də cavabında deyirdim ki, nə? Müğənni? Mən müğənnilərə pul verib qabağımda oxutduraram. Kimsə mənə pul verəcək ki, qabağında mahnı oxuyum? Yəni müğənni olmaq arzum deyildi. Bu bir qismət, alın yazısıdır.

- Ailə demişkən, ilk evliliyin niyə puç oldu?

- Bir ailədə ki, yalan varsa, o çox davam etməyəcək. Adlı-sanlı bir nəslin gəlini olmuşam. Yəni elə bir adama ərə getmişdim ku, handa bir qızın arzusunda olan bir şəxs idi. Pul, zənginlik, bir sözlə, hər şeyim var idi, amma xoşbəxt deyildim. Ən bahalı evlər, maşınlar, daş-qaşlar. Çox hadisələr yaşadım. Ona görə də məni bu gün aldatmaq qeyri-mümkündür.

- Boşanan ərəfədə ana olmağa hazırlaşırdın...

- Hə, boşandım, daha sonra övladı tələf etdirdim. Çünki atasız övlad böyütmək istəmədim. Əgər mən bir insanın üstündən ömürlük xətt çəkirəmsə, ondan olan övlad ancaq mənə əziyyət verə bilər.

- Növbəti dəfə ailə qurmaq fikrin var?

- Əlbəttə. İnşallah, bu yaxınlarda sizləri sevindirəcəm. Məhərrəmlikdən sonra toy olacaq. Mən ana olmaq istəyirəm. İstəyirəm ki, özüm kimi qara qızım, oğlum olsun. Ailə qurmağımın da əsas məqsədi ana olmaq istəməyimdi. Toy olacaq. Amma mediaya qapalı. Ailə qurduğum insan, əcnəbi vətəndaşdır, biznes sahəsində çox tanınmış inşandı. Onu da deyim ki, ailə qurandan sonra Azərbaycandan köçəcəm. Öz vətənimə qonaq kimi gəlib gedəcəm. Şou-biznesdən getsəm də, iş xanımı kimi fəaliyyətimi davam etdirəcəm. Hər zaman üzdə olacam, danışılmağa davam edəcəm.

- İş xanımı deyərkən, hansı biznesi nəzərdə tutursan?

- Beynimdə böyük planlarım var. Bilirsiniz ki, mən ali təhsilli dizaynerəm. Öz peşəmlə bağlı böyük layihələrim var. Dizayn şirkəti və moda evi açmaq, öz brendimi yaratmaq istəyirəm.

- Adın tez-tez hansısa avtoritetlə, iş adamı ilə hallanır. Bu mövzuyla bağlı konkret nə demək istəyərdin?

- Ümumiyyətlə, mən görürəm ki, son zamanlar adımı iş adamları ilə, bir çox avtoritetlərlə birgə çəkirlər. Bu günə qədər bu mövzuyla bağlı konkret bir açıqlama verməmişəm. Amma indi sizin vasitənizlə bütün qələm əhlinə demək istəyirəm ki, mənim adımı heç bir məmurun, lotunun, biznesmenin adının yanında çəkməyin. Çünki hər kəsin öz ailəsi, övladları var. Elə insanlarla adımı eyni çəkirlər ki, onların ailələri var. Yəni bu qədər şayiələrlə insanları yormaq olmaz. Hazırda mən nişanlıyam, bu yaxınlarda ailə quracam. Hamınız da görəcəksiniz ki, kiminlə evləndim. Ona görə də yersiz xəbərlər yazmayın. Həyatımda olan birini 2-ci xanımla paylaşa bilmərəm. İndi düşünün, evli bir adamı mən sevə bilərəm?


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər