22 Oktyabr 2018 20:49
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 20 noyabr tarixində keçiriləcək.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, hərraca ümumilikdə 51 dövlət əmlakı çıxarılıb. Onlardan 14-ü kiçik dövlət müəssisə və obyekti, 5-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u isə nəqliyyat vasitəsidir.

Bu dəfə vətəndaşlar Bakı, Gəncə, Salyan, Lənkəran kimi şəhər və rayonlarda yerləşən kiçik dövlət müəssisə və obyektlərinin özəlləşməsində iştirak edə bilər. Bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 14,8 kv.m ilə 3763,3 kv.m aralığındadır. Ucar şəhəri, 29-cu məhəllədə yerləşən “Ucar 3 nömrəli Təmir Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi faydalı sahəsi 181,8 kv.m-dir. Kiçik dövlət müəssisənin 9 min 934 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun iqtisadi potensialını artırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər