“Psixoloji yardım haqqında” qanun layihəsinə baxanda onun çox mükəmməl hazırlandığını görmək mümkündür. Buna görə həm qanun layihəsinin hazırlanmasını təklif etdiyinə görə Oqtay Əsədova, həm də komissiya üzvlərinə təşəkkür edirəm. Bununla yanaşı bəzi təkliflərimiz olacaq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev “Psixoloji yardım haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.
Millət vəkili psixoloji yardımla bağlı maarifləndirmə məsələləri həllini tapmalıdır: “Bundan başqa, son illər gənc ailələrdə boşanmaların sayı artıb. Bəlkə, gənclər nikaha daxil olanda tibbi arayışla yanaşı psixoloq müayinəsindən keçsinlər. Bu gün xüsusən regionlarda gənclərin ailə qurmaq məsələsində basqılar olur. Nəticədə bəzən toy günü gəlin qaçır, ya da uşaq olandan sonra ailələrdə faciələr yaşayırlar. Gənc ailələrə psixoloqa müraciət etmək imkanı yaradılsın. Bəzi insanlar psixoloq yanına getməyə utanırlar. Ona görə də, bu qanunda gizlilik, anonim müraciətə imkan yaradılması imkanı yüksək dəyərləndirilir”.