13 Noyabr 2018 20:59
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib.

Teleqraf.com-un məlumatına görə, qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Babək prospekti kənar yolla Məzahir Rüstəmov küçəsinin kəsişməsində kommunikasiya xəttinin dəyişdirilməsi ilə əlaqədar qazıntı işləri aparılır: "Lakin iş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib. Yolda qazıntının olduğunu bildirən zəruri nişanlanma işləri təşkil edilməyib".

"Bununla yanaşı, M.Rüstəmov küşəsində işıqlandırma olmadığından hərəkətin təhlükəsizliyi baxımından ciddi çətinliklər yaranıb. Qeyd edilənləri nəzərə alaraq sürücülərdən ehtiyatlı olmalarını xahiş edirik", - o deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər