Təxminən bir il əvvəl Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş kafe yeni adla fəaliyyətə başlayacaq.
"26-lar" kafesi "13" adı ilə fəaliyyətə hazırlaşır.
Belə ki, artıq kafenin üzərində 13 rəqəmini simvolizə edən lövhə vurulub. Yaxında fəaliyyətə başlayacağını əks etdirən şəffaf örtük çəkilib.
Qeyd edək ki, təxminən 1 il əvvəl Yazıçılar Birliyinin inzibati binasında yerləşən başıbəlalı kafe sovet rejiminin "fədailəri" hesab edilən "26 Bakı komissarının" "şərəfinə" adlandırılması ittihamı ilə bağlanmışdı. Hətta kafenin o zamankı sahibi saxlanılmış, məsələyə Bakı Şəhər İcra Hakimiyyəti səviyyəsində müdaxilə edilmişdi. (hafta.az)