7 Dekabr 2018 10:23
2 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər TV-nin məşhur ulduzu Zaur Kamal "Xəzər FM" və "100.5 FM" radionun direktoru təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Xəzər FM" və "100.5 FM" radionun əvvəlki direktoru Səxavət Nur sosial şəbəkədə məlumat verib. Bir müddət əvvəl "Xəzər" telekanalında radio direktoru təyin edilən Səxavət Nur ölkəni yenidən tərk etməyə qərar verib. Uzun illərdir Amerikada yaşayan aparıcı Bakıda çox qala bilməyib.

Səxavət Nur həmkarı Zaur Kamalı "Xəzər" telekanalına radio direktoru təyin edilməsi münasibətilə təbrik edib:

"Radioların yeni rəhbəri Zaur Kamal, təbrik edirəm. İllər əvvəl birgə işə başladığımız radio yaxşı əllərdədir. Buna sevinirəm. Uzaqda olsam da, ürəyim yanınızdadır".


Müəllif: Teleqraf.com