Tanınmış jurnalist, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə ağır itki üz verib.
Trend-in məlumatına görə, Vüqar Rəhimzadənin bacısı Pakizə Paşayeva dünən gecə dünyasını dəyişib.
Mərhum Naxçıvan MR-in Culfa rayonunda yaşayırdı.