Mircəfər Bağırov haqqında uzun illər həqiqətə uyğun olmayan əhvalatlar uydururlub. Bəziləri onun Sibirə sürgün olunduğunu, orada yaşadığını, vəfat etdikdən sonra da Sibirdə dəfn olunduğunu deyirlər.
M.C.Bağırov əslində elə Azərbaycanda güllələnib və burada da basdırılıb. Hələ də bir çoxları bilmir ki, Bağırov Bayıl həbsxanasının kimsəsizlər qəbiristanlığında basdırıldıqdan 60 il sonra, yəni 2016-cı ildə onun qalıqları bacısı nəvəsi Məmmədtağı Bağırov tərəfindən çıxarılaraq Yasamal qəbiristanlığında (Badamdar qəbiristanlığı) özünün vəsiyyət etdiyi yerdə dəfn olunub.
M.C.Bağırovun məzarından görüntüləri təqdim edirik./orman.az/