22 Fevral 2019 10:49
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda əhalinin 10 milyona çatması mart ayının sonu, aprel ayının əvvəlinə gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, hər ayın sonunda əhalinin sayı açıqlanır və artım göstərilir:

“Əhalinin sayının artımı həm Səhiyyə Naizrliyi, həm Dövlət Miqrasiya Xidməti ilə birlikdə bu məsələlərinin tam qeydiyyatının aparılması üçün prosesi izləyirik”.

Komitə sədri son illər əhalinin sayının azalması ilə bağlı fikirlərə də aydınlıq gətirib:
“Əhalinin təbii artım artım prosesində doğum sayının azalması tendensiyası var. Bizim statistik məlumatlar da bunu göstərir. Sonuncu də 2009-cu ilin siyahıya alınmasında ailənin orta tərkibni 4.7 olub.

Hazırda əhalinin orta tərkibi barədə rəyi yalnız oktyabr ayında siyahıyaalmadan sonra açıqlaya biləcəyik”.


Müəllif: Gülxar

Oxşar xəbərlər