2 Mart 2019 12:45
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən paytaxtda bayram yarmarkaları fəaliyyətə başlayır. Məqsəd əhaliyə daha yaxşı seçim imkanı yaratmaqdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün ölkədə Prezidentin tapşırığı ilə qiymətlərin tənzimlənməsi siyasəti həyata keçirilir:

"Yarmarkaların fəaliyyətə başlaması da bu siyasətin tərkib hissəsidir. Bu gün fəaliyyətə başlayan yarmarkalar əhaliyə seçim imkanı verir. Kim istəsə bayram bazarlığını marketdən, ya da bu cür bayram yarmarkalarından edə bilər".

Eldar Əzizov bildirib ki, bayrama qədər yarmarkalarda qiymətlərə tam nəzarət olunacaq:

"Bu barədə həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də Kənd Təsərrüfatı Nazirliyinə tapşırıq verilib. Bu yarmarka formatından daha da səmərəli istifadə etmək niyyətindəyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər