1 Sentyabr 2014 21:07
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Tünzalə Ağayeva duet ortağı olan, ötən günlərdə isə intihar edən gənc ifaçı Sura Əsgərovadan danışıb.

ANS PRESS-in məlumatına görə, açıqlama verən müğənni kamera qarşısında göz yaşlarını saxlaya bilməyib. Suranı unuda bilmədiyini, gənc qızı heç vaxt yadından çıxartmayacağını deyib:

“Suranın 3 mərasiminə gedəndə anası İlhamə xanım mənə dedi ki, o tək bizi yox, səni də yaraladı getdi. Onunla bağlı ümidlərim, planlarım var idi. Yatsam yuxuma da girməzdi ki, belə olacaq. Bu yaşda həyatdan getməsi, hələ özünə qıyması dəhşətdir. Mən bu xəbəri eşidəndə gecə idi, qonşuları Facebook vasitəsilə bu acı xəbəri verdilər. Oxuyanda inanmadım. Telefonuna zəng etdim. Tanımadığım bir səs cavab verdi: “Müstəntiqdir, Sura intihar edib” dedi. Həmin andan etibarən mən öldüm, parça-parça oldum. Ağlamaqdan bitmişəm. Mənim üçün bu, ən ağır müsahibədir".

Özünə qəsd edən 23 yaşlı Sura səbəbini demədən hər kəsi gözü yaşlı qoyub getdi: "Hamı mənə “Niyə?” sualını verir. Səbəbini bilmirəm. Kaş içindəki narahatçılığı mənə deyərdi. “Qovuş ona” duetindən sonra Suranın öz mahnısını oxumasını istəyirdim".

Əməkdar artist onun ölümü ilə barışmasa da Suranın ruhunu şad etmək üçün konsert verəcəyini qeyd edib.


Müəllif:

Oxşar xəbərlər