27 Mart 2019 23:39
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət Naminə Həmrəylik Komitəsinin toplantısında Prezident İlham Əliyevin son əfv fərmanını müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, toplantıda hüquq müdafıəçiləri, vəkillər, ictimai siyasi xadimlər, beynəlxalq qurumların və xarici səfirliklərin təmsilçiləri iştirak edib.

Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, əfvə qədər onlara çoxlu sayda jurnalist müraciət edərək bu haqda suallarına cavab istəyib: “Ancaq biz bu mövzuda danışmadıq. Çalışdıq ki, əfv sərəncamından sonra bu barədə danışaq. Siyasi xarakterli həbslər uzun müddətdir ki, hüquq müdafiəçilərini narahat edir. 2001-ci ildə Azərbaycan Avropa Şurasına qəbul olunarkən 716 nəfərlik siyahı var idi. Bu siyahı demək olar ki, qapadıldı. Ondan sonrakı dövrdə çoxlu sayda əfv fərmanları oldu. Bu fərmanlar zamanı bizim siyahımızda olan azsaylı mıhbuslar azadlığa buraxılırdı. Biz 2007-ci ildən sonra həm Avropa Şurasında, həm də ölkə daxilində ciddi işlər görürdük ki, məhbuslar azadlığa buraxılsın. Novruz Byarmı münasibəti ilə prezident tərəfindən imzalanan əfv sərəncamı əvvəlkilərdən fərqlənir. Biz Əliməmməd Nuriyevə, Azay Quliyevə, Fuad Ələsgərova, Ramil Usubova təşəkkür edirik. Onılar bizim mövqeyimizi düzgün anladılar. Biz sonuncu əfv sərəncamına qədər son 3 ayda aktiv işləmişik, lobbi işi aparmışıq. Məsələn, Müsavat üzvü olan Xurşudovu son anda siyahıya sala bildik.

Digər tərəfdən, bəzən əfv sərəncamı öncəsi məhbuslardan əfv ərizəsi yazması istənilirdi. Ancaq bu əfv siyahısında elə adlar oldu ki, onların özləri və ailə üzvləri azadlığa buraxılacağına inanmazdılar. Bizim siyahımızda olan 55 nəfər son əfv sərəncamı ilə azadlığa buraxılıb. Əfvə qədər isə 5 nəfər azad edilib”.

Hüquq müdafiəçisi əlavə edib ki, 2017-ci ildə prezidentin cəza siyasətinin humanistləşdirilməsi haqqında sərəncamından sonra çoxlu sayda məhbus azad edilib: “Ümid edirik ki, Seymur Həzi də məhkəmə yolu ilə azadlığa buraxılacaq. Səid Dadaşbəyli qrupundan demək olar ki, həbsdə cəmi 3 nəfər qalıb. Ümid və arzu edirik ki, siyahımızda azadlığa buraxılan 61 nəfərin yerini heç kim tutmayacaq”.

Son əfv sərəncamına ömürlük məhbusların adlarının da düşdüyünü xatırladan hüquq müdafiəçisi əlavə edib ki, ömürlük məhbuslardan bəzilərinin cəzası endirilib: “1996-cı ildən həbsxanada oturan ömürlük məhbuslar var. Şübhəsiz ki, onların arasında xüsusilə ağır cinayət əməli törədən şəxslər var. Biz bu işi necə həll edə, ömürlük məhbuslara hansı yolla dəstək ola bilərik. Biz ancaq ömürlük cəza alan məhbusları deyil, eyni zamanda zərər çəkən tərəfi də dinləməliyik. Zərər çəkən insanlar onları əfv edəndən, bağışladıqdan sonra bu istiqamətdə addım atmaq mümkündür. Amma qeyd edim ki, ömürlük məhbusların arasında xəstələr var. Elçin Əmiraslanov çox ağır xəstədir, bəziləri dünyasını dəyişib".

Vəkil Elçin Sadıqov son əfv sərəncamını irəliyə doğru addım adlandırıb, bildirib ki, həbsdə olan bir sıra şəxslərin azad ediləcəyinə ümid edir. Vəkil təklif edib ki, hüquq müdafiəçilərinin növbəti hədəfi kimi məhkəmələrin müstəqilliyi, vəkillərin fəaliyyətinə hər tərəfli şəraitin yaradılması, müvəqqəti saxlama yerlərinin monitorinqi, aksiyalar zamanı jurnalistlərin saxlanılması zamanı hüquq proseduralarına riayət edilməsi kimi proseslərə nəzarət olsun".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da əfv sərəncamına görə prezidentə təşəkkür edib, bildirib ki, hamı birlikdə işləsə uğurlu nəticə əldə oluna bilər. O, məhkəmələrin müstəqilliyinin vacibliyini diqqətə çatdırıb. Əlavə edib ki, Ermənistan, Gürcüstan və Rusiya həbsxanalarında da siyasi məhbuslar var: “Ancaq bizim xaricdəki məni də söyən bəzi adamlar elə bilirlər ki, bu boyda şəxsin azadlığa çıxması onların fəaliyyəti nəticəsində olub".

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı isə deyib ki, yaxın günlərdə İşçi Qrupunun yeni tərkibdə görüşünün təşkil ediləcəyi gözlənilir. Onun fikrincə, dövlət qurumları ilə əlaqələrin olması problemin həllinə köməklik göstərib.

Ömürlük məhbuslardan danışan Əfv Komissiyasının üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə xatırladıb ki, hüquq mühafizə orqanları daxilində müvafiq işçi qrupu var və onlar əsasən ömürlük məhbuslarla barədə öyrənirlər.

Ə. Nuriyev əlavə edib ki, prezidentin 2017-ci ildə cəzaların humanistləşdirilməsi haqda sərəncamından sonra həbs qətimkan tədbirlərində 35 faiz azalma müşahidə olunub. Həmçinin azadlıqdan mərhum etmə cəzası əvvəlki dövrlə müqayisədə 25 faiz azalıb.
Əfv Komissiyasının üzvü qeyd edib ki, hazırda Azərbaycan cəzaçəkmə müəssisələrində 19 min məhkum saxlanılır. İstintaq təcridxanalarında isə 2 minə yaxın şəxsin olduğu güman olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər