7 May 2019 01:15
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonunda 35 ildən artıq yaşı olan yaşıllıq ərazi bir gecədə məhv edilib. Oradakı 25 meyvə ağacı kəsilib, xeyli ağac isə köçürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, ağacların kəsilməsi ilə bağlı mülkiyyətçiyə heç bir müsbət rəy verilməyib.

Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsindəki ağacların əksəriyyəti 3 gün əvvəl naməlum şəxslər tərfindən kəsilib. Sakinlər bildirirlər ki, ağacların çoxu 35 il əvvəl əkilib.

Sakinklər deyirlər ki, yaşıllığı məhv edənlər əvvəlcə heç bir ağacın kəsilməyəcəyinə dair vəd veriblər. Lakin bir gecənin içərisində bu xoşagəlməz mənzərə yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları apardığı araşdırmalar nəticəsində məlum olub ki, mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, iki zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib. Nazirlikdən bildirilib ki, ötən ay sözgedən ünvanda ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub və baxış keçirilib. Ondan əvvəl isə həm mülkiyyətçinin oğlu Rüstəm Temirov, həm də Xətai Rayon İcra Hakimiyyəti tərəfindən ağacların kəsilməsi və köçürülməsi ilə bağlı müraciət olunub. Lakin yaşıllıqların toxunulmaz qalması məqsədəuyğun hesab edilib.

Məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər