18 İyun 2019 15:35
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əksəriyyətimiz sosial şəbəkələrdə bir çox tanımadığımız və tanıdığımız insanları izləyirik, onlara da bizi izləməsinıə icazə veririk. Amma bəzi insanlar var ki, psixoloqlar onları izləmə siyahınızdan çıxarmağı məsləhət görürlər.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər bəzilərinin sosial şəbəkə üzərindən ötürdüyü mənfi yüklü informasiyalarla səhhətinizə pis təsir etdiyini bildirir.

Elə tip insanlar var ki, sizi oturduğunuz yerdə də narahat etməyi bacarırlar.

Psixoloqlar məsləhət görür ki, “dostluq siyahısı”, yaxud “izləmə siyahısı”ndan bu tip insanları çıxarın:

1. İntensiv formada aforizmlər, mahnılar və şeir paylaşanlar

2. Gündəlik həyatının hər anını yorulmadan çəkib paylaşanlar

3. Həmişə depressiv və kədərli paylaşım edənlər

4. Heç bir problemi yoxmuş kimi həmişə guya əyləncədə olurmuş kimi paylaşım edənlər

5. Tez-tez oyun istəyi göndərənlər

6. Sizləri tez-tez öz paylaşımlarında işarələyənlər, dayanmadan tədbirə dəvət göndərənlər

7. Tez-tez nəsihətamiz yazılar paylaşanlar

8. Bütün xəbərləri paylaşanlar

9. Tez-tez eyni pozada foto çəkdirənlər

10. Yeyib-içdiyini paylaşanlar

11. Rəyləri ilə sizi yoran qohumlar


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər