4 İyul 2019 18:56
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ilin ilk 6 ayı ərzində İranda 110 nəfər ya həbsxanalarda, ya da ictimai yerlərdə edam edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatının yaydığı hesabatda bildirilib.

Hesabata əsasən, edam edilənlər arasında 2 nəfər 18 yaşına çatmamış yeniyetmə də var. Şirazın Mərkəzi Həbsxanasında iki yeniyetmənin edamı beynəlxalq ictimaiyyətin kəskin reaksiyasına səbəb olmuşdu.

17 yaşları olan Mehdi Söhrabifər və Əmin Sədaqət adlı şəxslər aprel aylarının sonlarında edam edilib. Onların meyitlərinin üzərində şallaq izləri aşkar olunmuşdu.

Hesabatda qeyd edilib ki, İran Səudiyyə Ərəbistanı, Yəmən və Pakistanla yanaşı, 18 yaşdan aşağı cinayət törədən uşaqları edam edən yeganə ölkələrdən biridir. İranda qeydə alınan uşaq edamlarının digərləri ilə müqayisədə daha çox olduğu vurğulanıb.

Sənəddə bildirilib ki, ötən 5 ildə İranda təxminən 40 azyaşlı edam edilib, cinayət törədən zaman həmin şəxslər 15-18 yaş həddində olub.

Qeyd edilib ki, İran dünyada uşaq edamlarına görə 1-ci yerdədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər