19 İyul 2019 18:12
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması halları artırılır.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişiklik qanunun 12-ci (Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi) maddəsinə edilir.

Maddəyə edilən əlavəyə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda onların hərəkəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər