22 İyul 2019 18:05
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayonunda “Sağlam bədən, sağlam ruh, güclü dövlət” - devizi altında maarifləndirici tədbirlərin təşkili» adlı layihə davam edir. Layihə çərçivəsində ikinci Dəyirmi Masa keçirilib.

Qeyd edək ki, «İctimai İştirakçılığın Dəstəklənməsi» İctimai Birliyi tərəfindən həyata keçrilən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçrilir.
Tədbiri layihə rəhbəri Teymur Nəsirov açaraq, narkomaniyanın dünyanın ciddi probleminə çevirildiyini bildirib. O, qeyd edib ki, narkotik istifadəçiləri dünya əhalisinin 3%-ini təşkil edir və narahatedici haldır ki, bu rəqəm zaman keçdikcə artır. Teumur Nəsirov qeyd edib ki, narkomanların təqribən 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür. Yalnız Meksikada belə şəxslərin sayı 1,2 milyona çatır.

Daha sonra çıxış edən «İctimai İştirakçılığın Dəstəklənməsi» İctimai Birliyinin sədri Şaban Nəsirov layihənin məqsədləri haqqında məlumat verib. O, bildirib ki, narkomaniyanın Azərbaycanda yayılmasının qarşısını tamamilə almaq mümkün olmasa da, həm dövlət, həm də ictimai təşkilatların narkamaniya əleyhinə apardığı kampaniyalar müəyyən effekt verə bilər. Nəzərə alınsa ki, son illər narkotikə qurşananlar arasında gənclərin faizi durmadan artır, demək olar ki, əgər hansısa bir tədbir bir nəfər belə olsa gənci bu yoldan çəkindirərsə, bu həmin tədbirin uğurlu alınması deməkdir.

Daha sonra Şaban Nəsirov narkotik vaistələrin fəsadlarından, bu vaistələrin insan orqanizminə vurduğu ziyanlardan danışıb. O, narkotikdən istifadəçiliyinin həm təhlükəli virusların yayılmasına səbəb olduğunu bildirib. Qeyd edib ki, bu şəxslərdə HİV, hepatit C-yə və digər yolxucu xəstəliklərə yoluxma ehtimalı böyük olur. O, həmçinin bölgələrdə, o cümlədən də Şimal regoinlarında bu cür təbliğat tədbirlərinin keçirilməsinin vacibliyindən danışıb.

Şaban Nəsirov bildirib ki, çox təəssüf ki, rəsmi qurumlar rayonlarda narkotik istifadəçilərin sayı ilə bağı ayrıca məlumatlar hazırlamırlar ki, daha acınacaqlı vəziyyətdə olan bölgələr məlum olsun.

Tədbirdə iştirak edən hüquqşünas ekspert Mehman Muradlı əldə olunan rəsmi statiskanın hüquqi bazanın əsasında yarandığını dilə gətrib. Narkotik ticarətlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş maddələrdə inzibati cəzalardan tutmuş ən ağır cəzalandırma ehtiva edilsədə,narkotiklərin yayılması artan templə davam etməkdədir. Bu da onu söyləməyə imkan verir ki, narkomaniya əlehiynə yalnız qanunvericiliklə mübarizə əhmiyyətsizdir. İctimai qınağa söykənən maarifləndirici tədbirlərin mütamadi keçrilməsi daha çox effektlidir. Daha sonra ekspert qanunvericilik maddələrinin bir neçəsin misal çəkərək və tətbiqindən tədbir iştirakçılarına geniş məlumat verdi.
Daha sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb. “Narkomaniya gəncliyin və genofondun bəlasıdır” adlı maarifləndirici buklet birinci dəyirmi masada olduğu kimi tədbir iştirakçılarına paylanılıb.

Sonda Şaban Nəsirov tədbirin təşkilində göstərdiyi dəstəyə görə, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova və əməkdaşlarına təşəkkürünü bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər