Nazirlər Kabineti “Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”ndə dəyişiklik edib.
Teleqraf.com xəbər verir ki, dəyişiklik Atatürk Mərkəzində baş redaktorun aylıq vəzifə maaşı ilə əlaqədardır.
Baş redaktorun aylıq vəzifə maaşı Atatürk Mərkəzinin şöbə müdiri və mühasibin aylıq vəzifə maaşı səviyyəsində olacaq. Başqa sözlə, baş redaktoru maaşı 292 manatdan 550 manata qaldırılıb.
Qərar iyulun 1-dən tətbiq ediləcək.