6 Avqust 2019 17:27
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə Azərbaycanda 14412 nəfəri tədqiqatçı olmaqla elmi-tədqiqat və işləmələrlə ümumilikdə 20179 nəfər məşğul olub.

Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, tədqiqatçılardan 1414 nəfəri elmlər doktoru, 6064 nəfəri isə fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir.

Onlardan 30 yaşadək tədqiqatçıların sayı 30-u elmlər doktoru, 295-i fəlsəfə doktoru olmaqla 1825 nəfər, 46-sı elmlər doktoru, 980-ni fəlsəfə doktoru olmaqla 2821 nəfəri 30-39 yaş qrupunda, 130-u elmlər doktoru, 1428-i fəlsəfə doktoru olmaqla 2971 nəfəri 40-49 yaş qrupunda, 312-si elmlər doktoru, 1275-i fəlsəfə doktoru olmaqla 2768 nəfəri 50-59 yaş qrupunda, 450-si elmlər doktoru, 1343-ü fəlsəfə doktoru olmaqla 2496 nəfəri 60-69 yaş qrupunda, 446-sı elmlər doktoru, 743-ü fəlsəfə doktoru olmaqla 1531 nəfəri isə 70 və daha yuxarı yaş qrupunda olan şəxslərdir.

Tədqiqatçılardan 4820 nəfəri təbiət, 1773 nəfəri texniki, 1941 nəfəri tibb, 855 nəfəri kənd təsərrüfatı, 2423 nəfəri ictimai və 2600 nəfəri isə humanitar elm sahələri ilə məşğuldur.

Bundan başqa ali təhsil müəssisələrinin elmi bölmələrində ştatda olmayan 7069 nəfər elmi-pedaqoji fəaliyyətlə məşğul olub ki, onların da 800 nəfərinin elmlər doktoru, 3775 nəfərinin isə fəlsəfə doktoru elmi dərəcəsi var.

Komitədən bildirilib ki, ötən il 632 doktorant və dissertant fəlsəfə doktoru, 78 nəfər isə elmlər doktoru dissertasiyası müdafiə edib. 2017-ci ildə bu göstərici müvafiq olaraq 636 və 74 nəfər olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər